Rusiya məhkəməsi Ukrayna ordusunda vuruşmuş Azərbaycan vətəndaşını 14 il müddətinə azadlıqdan məhrum edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
may
2025
17:50

Rusiya məhkəməsi Ukrayna ordusunda vuruşmuş Azərbaycan vətəndaşını 14 il müddətinə azadlıqdan məhrum edib

06 may, 2025
17:50
608

Rusiya məhkəməsi Ukrayna ordusunda vuruşmuş Azərbaycan vətəndaşını 14 il müddətinə azadlıqdan məhrum edib

"Rusiya məhkəməsi Ukrayna Silahlı Qüvvələrinin tərəfində vuruşan Azərbaycan, Belçika və İsveçdən olan muzdlular barədə hökm çıxarıb".

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Həsən Anar oğlu Məmmədov, Maksim Rocer Henri Barat və Tobias Enqvist "müharibə və digər cinayətlər törətməkdə ittiham olunaraq" 14 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bizimlə əlaqə saxlayın