DYP Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza barədə məlumat yayıb - FOTO
sizinxeber.az xəbər saytı

DYP Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza barədə məlumat yayıb - FOTO


DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Bakı-Qazax yolunda baş verən qəza barədə məlumat yayıb.

İdarədən Sizinxeber.az-ya verilən məlumatda qeyd olunub ki, dünən saat 18:00 radələrində Ağcabədi rayon sakini Süleyman Zeyniyev düzgün qablaşdırılmamış yüklə dolu minik avtomobili ilə Bakı-Qazax avtomagistralında hərəkətdə olarkən, yükün dağılmasının qarşısını almaq məqsədilə nəqliyyat vasitəsini sol hərəkət zolağında dayandıraraq avtomobildən düşüb.

Bu zaman həmin zolaqda hərəkətdə olan “Avatr” markalı avtomobilin sürücüsü Pərviz Qəribov, güclü külək səbəbindən dağılmaqda olan yükü saxlamağa çalışan S.Zeyniyevi vurub və dayanmış avtomobillə toqquşub. Nəticədə Süleyman Zeyniyev hadisə yerində həyatını itirib, onun sərnişini - həyat yoldaşı isə xəsarət alıb.

"Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək onları xəbərdarlıqlara laqeyd yanaşmamağa, baqaj daşınması qaydalarına ciddi riayət etməyə, məcburi dayanma zamanı mütləq zəruri təhlükəsizlik tədbirləri görməyə, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağa çağırır", idarədən bildirilib.

Oxşar xəbərlər

DYP Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza ilə bağlı məlumat yayıb - FOTO
DYP Bakı-Qazax yolunda baş verən qəza ilə bağlı məlumat yayıb - FOTO
Bakı-Qazax yolunda qəza olub, ölən var - FOTO
DYP Bakı-Qazax yolunda azyaşlının öldüyü, ailə üzvlərinin xəsarət aldığı qəza barədə məlumat yayıb - FOTO
Bakı-Qazax yolunda ölümlə nəticələnən qəza olub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle