ANAMA əməkdaşı Qazaxda minaya düşüb - YENİLƏNİB
Aprelin 28-də saat 09:45 radələrində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın qərb bürosuna TƏBİB-dən məlumat vertilib.
"Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.
Fuad Nazimoğlu
***
13.07
İşgaldan azad edilmiş Qazax rayonunun Qızılhacılı kəndi ərazisində aprelin 28-də mina hadisəsi baș verib.
APA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb.
Məlumata görə, Agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Oxşar xəbərlər
ANAMA-nın əməkdaşı Qazaxda minaya düşüb
ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
Ağdamda ata, azyaşlı oğlu və qızı minaya düşüb, kişinin ayağı amputasiya olunub - YENİLƏNİB
ANAMA əməkdaşı Ağdamda minaya düşüb
ANAMA-nın mina partlayışı zamanı xəsarət alan əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













