Bakıda toyda kütləvi zəhərlənmə olub, 25 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
apr
2025
03:00

Bakıda toyda kütləvi zəhərlənmə olub, 25 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

19 apr, 2025
03:00
722

Bakıda toyda kütləvi zəhərlənmə olub, 25 nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Bakıda toyda baş verən kütləvi zəhərlənmədən sonra 25 nəfər Kliniki Tibbi Mərkəzə hospilitizasiya olunub.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova açıqlayıb.

Onun sözlərinə görə, hazırda həmin şəxslərə müvafiq tibbi yardım göstərilir.

02:39

Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

“Sizinxeber.az” xəbər verir ki, restoranda ürəkbulanma və başgicəllənmədən şikayətlənən şəxslər Kliniki Tibbi Mərkəzə aparılıb.

Restorandakı qidadan zəhərləndiyini deyən Quliyeva Ruhiyyə bildirib ki, xəstəxanaya xeyli sayda insan gətirilib və hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Xəstəxanaya gətirilən şəxslərin sayı dəqiq bilinmir. Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın