Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktora hökm oxunub
sizinxeber.az xəbər saytı

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən baş redaktora hökm oxunub


Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, "Realmedia.az" saytının baş redaktoru Ramin Qurbanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Ramin Qurbanov 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəmişdi.

Qeyd edək ki, Ramin Qurbanov ötən il aprel ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə itiham edilib.

Oxşar xəbərlər

Bakıda mənzilə qumbara qoyaraq soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub
Vətəndaşlara qarşı hədə-qorxu gəlməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub
Nazim Bəydəmirliyə hökm oxunub
Nazim Bəydəmirliyə hökm oxunub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle