Lənkərana bacısı qızının toyuna gedən şəxs ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
apr
2025
23:50

Lənkərana bacısı qızının toyuna gedən şəxs ölüb

05 apr, 2025
23:50
750

Lənkərana bacısı qızının toyuna gedən şəxs ölüb

Lənkəranda toyda ölüm hadisəsi qeydə alınıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə Cəlilabad rayon Qarayar kənd sakini 1976 - cı il təvəllüdlü Səyyad Qılınc oğlu Yaqubov Lənkərana bacısı qızının toyuna gedib. S. Yaqubov toyda özünü pis hiss edib. Yaxınlarından onu yaxınlıqdakı aptekə aparmalarını xahiş edib və aptekdə dərman alaraq qəbul edib. Bundan sonra onun halı pisləşib və təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb.

Həkimlər ona kardiak-arrest (ürəkdayanma) diaqnozu qoyublar və zəruri ilkin tibbi yardım göstəriblər. Göstərilən bütün səylərə baxmayaraq S. Yaqubovun həyatını xilas etmək mümkün olmayıb.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın