"Avant Group" Bakıda ağacları kəsərək təbiətə 117 min manat ziyan vurub, Baş Prokurorluğa müraciət olunacaq
Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə "Azon Zavod"un ərazisində ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı ağacların sözügedən ərazidə tikinti işləri aparan "Avant Group" MTK tərəfindən kəsildiyi və təbiətə 117060 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.
Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.
Oxşar xəbərlər
Bəzi ərazilərdə yaşıllıqlar qanunsuz kəsilib, təbiətə 172 860 manat ziyan dəyib
Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb, 381 min manat ziyan dəydiyi müəyyən edilib
Binəqədidə ağac kəsilib, Baş Prokurorluğa müraciət olunacaq
Təbiətə 381 min manatlıq ziyan vurulması ilə bağlı materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək
Azad edilmiş ərazilərdə bu il ekoloji hüquqpozmalarla bağlı 106 akt, 64 protokol tərtib olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi












