Ağcabədidə avtomobil kanala aşıb, xəsarət alan var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
mar
2025
13:50

Ağcabədidə avtomobil kanala aşıb, xəsarət alan var

24 mar, 2025
13:50
639

Ağcabədidə avtomobil kanala aşıb, xəsarət alan var

Ağcabədidə idarəetmədən çıxan "VAZ" markalı minik maşını suvarma kanalına aşıb.

APA-nın yerli müxbiri xəbər verir ki, hadisə gecə saatlarında rayonun Salmanbəyli kəndi ərazisində qeydə alınıb.

Qəzada xəsarət alan sürücü Tural Ağayev xilasedicilər tərəfindən maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın