24
mar
2025
11:00
yuxarı
Ağcabədidə yol qəzası olub, iki nəfər xəsarət alıb
Ağcabədidə yol qəzası olub, iki nəfər xəsarət alıb
Ağcabədidə "VAZ-2107" və "KİA" markalı minik maşınları toqquşub.
APA-nın yerli müxbiri xəbər verir ki, rayonun Rəcbərlər kəndi ərazisində qeydə alınan qəzada sürücü və sərnişin xəsarət alıb. Xəsarət alanlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.