24
mar
2025
10:50
yuxarı
Ağcabədidə yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO
Ağcabədidə yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO
Ağcabədidə "VAZ-2107" və "KİA" markalı minik maşınları toqquşub.
Sizinxeber.az-nın yerli müxbiri xəbər verir ki, rayonun Rəcbərlər kəndi ərazisində qeydə alınan qəzada sürücü və sərnişin xəsarət alıb. Xəsarət alanlar Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.