Babəkdə avtomobil yanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
mar
2025
11:50

Babəkdə avtomobil yanıb

20 mar, 2025
11:50
901

Babəkdə avtomobil yanıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Babək rayon Sirab kəndində "Niva" markalı minik avtomobilində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, dərhal Babək rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək qarşısı alınıb.

Hadisə nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb.

Bizimlə əlaqə saxlayın