19
mar
2025
21:50
yuxarı
Ağdamda iki gənc bıçaqlanıb
Ağdamda iki gənc bıçaqlanıb
Ağdamda bıçaqlanma hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, sözügedən hadisə bu gün rayonun Quzanlı qəsəbəsində, Ağdam Dövlət Sosial-İqtisadi kollecinin inzibati binasının qarşısında qeydə alınıb.
Belə ki, mübahisə zəminində Ağdam rayon sakinləri 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğluna bıçaq xəsarətləri yetirilib.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.