Şəkidə yol qəzası olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
sizinxeber.az xəbər saytı

Şəkidə yol qəzası olub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB - FOTO


Şəkidə yol qəzasında 2 nəfər ölüb, iki nəfər xəsarət alıb.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, qəza nəticəsində 1993-cü il təvəllüdlü Şəki rayon sakini Allahyar Qəhrəmanov və Zaqatala rayon sakini 1977-ci il təvəllüdlü Vüqar Ramazanov ölüb.

Zaqatala rayon sakini 1982-ci il təvəllüdlü Qəşəm Mustafazadə və 1992-ci il təvəllüdlü Yaşar Əhmədov xəsarət alıb.

Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

***

10.49

Şəkidə ağır yol qəzası olub.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə səhər saat 09 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Suçma kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, qəza zamanı iki nəfər hadisə yerində ölüb. Daha bir nəfərin isə yaralandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şəkidə yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb
Şəkidə yol qəzası olub, ölənlər var
Zaqatalada avtomobil aşıb, xəsarət alanlar var - VİDEO - YENİLƏNİB
Zaqatalada yol qəzasında xəsarət alan beş nəfərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB
Şəkidə yol qəzası baş verib, ölən və yaralananlar var - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər