18
mar
2025
16:00
yuxarı
Şəkidə 23 yaşlı oğlanın meyiti tapılıb
Şəkidə 23 yaşlı oğlanın meyiti tapılıb
Şəkidə 23 yaşlı gəncin meyiti aşkar edilib.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Daşüz kəndində baş verib.
Kənd sakini 2002-ci il təvəllüdlü Mahir Səmədovun meyiti yaşadığı evin həyətindəki turnikdən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
İlkin araşdırma zamanı M. Səmədovun intihar etdiyi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.