17
mar
2025
18:50
yuxarı
Hacıqabulda azyaşlını maşın vurub
Hacıqabulda azyaşlını maşın vurub
Hacıqabulda 7 yaşlı uşağı avtomobil vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabulun Şorbaçı ərazi vahidinin 2-ci Paşalı kəndində qeydə alınıb.
Kənd sakini, 7 yaşlı Həsən Ələkbərovu minik avtomobili vurub. Ağır xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.