Xızıda prokurorun avtomobili qəzaya düşüb, xəsarət alanlar var - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
17 
mar
2025
12:50

Xızıda prokurorun avtomobili qəzaya düşüb, xəsarət alanlar var - YENİLƏNİB

17 mar, 2025
12:50
848

Xızıda prokurorun avtomobili qəzaya düşüb, xəsarət alanlar var - YENİLƏNİB

Xızı rayon prokurorunun yol qəzasına düşməsi faktı ilə bağlı araşdırma aparılır.

Sizinxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Xızı rayonu ərazisində “Niva” və “Toyota Camry” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə nəticəsində hər iki avtomobilin sürücüsü, o cümlədən “Toyota Camry” markalı avtomobilin içərisində sərnişin qismində olmuş Xızı rayon prokuroru Xəyalə Aslanova müxtəlif dərəcəli bədən xərarəti alıb.

"Zərərçəkmiş şəxslərin vəziyyəti qənaətbəxşdir və hazırda xəstəxanada müalicələri davam etdirilir. Faktla bağlı Siyəzən rayon prokurorluğunda araşdırma aparılır", məlumatda deyilir.

***

11.45

Xızı rayonunda yol qəzası baş verib.

Sizinxeber.az-nın yerli bürosu xəbər ki, “Toyota” və “Niva” markalı avtomobillər toqquşub. Xəsarət alanların olduğu bildirilir.

Məlumata görə, qəzada xəsarət alanlardan biri Xızı rayon prokuroru Xəyala Aslanovadır.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, vəziyyətlətinin qənaətbəxş olduğu bildirilir.

Bizimlə əlaqə saxlayın