Culfada yol qəzası olub, 3 nəfər xəsarət alıb - FOTOLENT » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
16 
mar
2025
16:50

Culfada yol qəzası olub, 3 nəfər xəsarət alıb - FOTOLENT

16 mar, 2025
16:50
865

Culfada yol qəzası olub, 3 nəfər xəsarət alıb - FOTOLENT

Culfa rayonunda baş verən qəzada 3 nəfər xəsarət alıb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayona giriş hissədə, Bayraq Meydanında baş verib.

Qəza zamanı 72-BE-015 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-BM-815 dövlət nömrə nişanlı "Chery" markalı avtomobil toqquşub.

Qəzada Culfa rayon sakini, 63 yaşlı Məryəm Nəbiyeva, Natiq Həşimov və Türkiyə vətəndaşı Qərib Arazi xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın