Gədəbəydə dağlıq ərazidə yanğın baş verib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gədəbəy rayonu, Qızılqaya kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində dağlıq ərazidə 5 ha sahədə əsasən quru ot, kol-kos və xəzəl yanıb.
Sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da iştirak edib.
Oxşar xəbərlər
Gədəbəydə meşə yanıb
Gədəbəydə mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub
Qəbələdə dağlıq ərazidə yanğın olub, meşə yanğından mühafizə edilib - VİDEO - FOTO
Goranboy rayonunda yanğın baş verib - VİDEO
Qobustan qəsəbəsindəki açıq ərazidə qamışlıq yanıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













