Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
mar
2025
22:50

Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTO - YENİLƏNİB

15 mar, 2025
22:50
714

Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub - FOTO - YENİLƏNİB

Azyaşlının elektrik cərəyanı vurması ilə bağlı Lənkəran rayon mərkəzi xəstəxanası açıqlama verib.

Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev Sizinxeber.az-ya bildirib ki, bu gün elektrik cərəyanı vurması səbəbilə 2023-cü il təvəllüdlü azyaşlı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Azyaşlı şöbəyə daxıl olarkən həyat əlamətləri olmayıb, təcili yardım şöbəsinin həkimlərinin uğurlu müdaxiləsi nəcəsində uşağa dərhal ürək ağciyər reanimasiyası tətbiq olub.

Müdaxilələrdən sonra azyaşlının ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib, Reanimasiya şöbəsinə yerləşdirilib.

Daha sonra azyaşlı Bakı şəhərində yerləşən Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

***
21:57

Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub.

Sizinxeber.az-nın cənub bürosunun verdiyi xəbərə görə, Sabirabad rayon sakini 2023-cü il təvəllüdlü A.Səmədzadə(qız uşağı) elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub.

İlkin məlumata görə, A.Səmədzadə soyuducunun cərəyan hissəsinə toxunub.

Qeyd edək ki, hazırda A.Səmədzadə müalicəsinin davamı üçün Bakıda yerləşən xəstəxanaların birinə göndərilib.

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın