Bərdədə binanın eyvanı uçub, yaralanan var - YENİLƏNİB - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
mar
2025
12:50
0
0
1 056

Bərdədə binanın eyvanı uçub, yaralanan var - YENİLƏNİB - FOTO

15 mar, 2025
12:50
1 056

Bərdədə binanın eyvanı uçub, yaralanan var - YENİLƏNİB - FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə şəhəri, Təbriz küçəsində yaşayış binasının eyvanının uçması barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanının uçması nəticəsində 1 nəfərin - 1990-cı il təvəllüdlü Əliyeva Turanə Saleh qızının dağıntı altında qaldığı müəyyən olunub.

Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində dağıntı altında qalan vətəndaş xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

***

11:47

Bərdədə yaşayış binasının eyvanı uçub.

APA-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.

İlkin məlumata görə, uçqun nəticəsində yaralananlar olub.

Hadisə yerinə FHN-nin xilasediciləri və hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

FHN-dən APA-ya verilən məlumata görə, uçqunun altında qalan 1 qadın xilas olunub.

Bizimlə əlaqə saxlayın