Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirib, “Kalaşnikov” tapılıb - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
14 
mar
2025
10:50

Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirib, “Kalaşnikov” tapılıb - FOTO

14 mar, 2025
10:50
760

Penitensiar xidmət və DİN Bakıda əməliyyat keçirib, “Kalaşnikov” tapılıb - FOTO

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində silah tapılıb.

APA xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Məlumata görə, Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın