Kürdəmirdə bir nəfəri qatar vuraraq öldürüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
mar
2025
00:50

Kürdəmirdə bir nəfəri qatar vuraraq öldürüb

13 mar, 2025
00:50
709

Kürdəmirdə bir nəfəri qatar vuraraq öldürüb

Kürdəmir sakinini qatar vuraraq öldürüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saat 8 radələrində rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd sakini, 1980-cı il təvəllüdlü Famil Bağırov dəmir yolunu keçmək istəyərkən onu qatar vurub.

Ağır xəsarətlər alan F. Bağırov hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanları cəlb olunub və meyit ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil. Qeyd edək ki, mərhum Famil Bağırov iki uşaq atası idi.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın