Tağıyev qəsəbəsində güclü yanğın baş verib - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
mar
2025
20:50

Tağıyev qəsəbəsində güclü yanğın baş verib - VİDEO

12 mar, 2025
20:50
789

Tağıyev qəsəbəsində güclü yanğın baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Sizinxeber.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində bir dam altında tikilmiş 15 boksdan ibarət qarajın dam örtüyündə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 1500kv.m. olan qarajın dam örtüyünü taxta atmaları 200kv.m. sahədə yanıb.

Tikilinin böyük hissəsi yanğından mühafizə olunub.

Bizimlə əlaqə saxlayın