12
mar
2025
19:00
yuxarı
Oğuzda avtomobil qaz xəttinə çırpılıb, iki kənddə qazın verilişi dayandırılıb
Oğuzda avtomobil qaz xəttinə çırpılıb, iki kənddə qazın verilişi dayandırılıb
Oğuz rayonunda avtomobil qaz xəttinə çırpılıb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "Opel" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı qaz xəttinə çırpılıb. Nəticədə qaz xətti ciddi zədələnib.
Bununla yanaşı, Padar və Yemişənli kəndlərində 580 abonentə mavi yanacağın verilişi dayandırılıb.