11
mar
2025
17:50

yuxarı
Goranboyda maşın aşıb, xəsarət alan var

Goranboyda maşın aşıb, xəsarət alan var
Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumata görə, hadisə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ "markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriıib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma apararılır.