Tovuzda ağır qəza nəticəsində bir nəfər ölüb - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
mar
2025
00:00

Tovuzda ağır qəza nəticəsində bir nəfər ölüb - FOTO

10 mar, 2025
00:00
615

Tovuzda ağır qəza nəticəsində bir nəfər ölüb - FOTO

Tovuzda bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Tovuzun Qovlar şəhərinin ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil idarəetməni itirərək yol kənarında dayanmış yük avtomobilinin yarımqoşqusuna çırpılıb.

Qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü 2003 təvəllüdlü Tovuzun Aşağı Quşçu kənd sakini İ. Rüstəmov dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın