Tovuzda avtomobil “KamAZ”a çırpılıb, sürücü ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
10 
mar
2025
00:00

Tovuzda avtomobil “KamAZ”a çırpılıb, sürücü ölüb

10 mar, 2025
00:00
648

Tovuzda avtomobil “KamAZ”a çırpılıb, sürücü ölüb

Tovuzda rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb.

Belə ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2003-cü il təvəllüdlü İlham Rüstəmovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanan “KamAZ” markalı yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın