Şahbuzda güclü yanğın olub - FOTO - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
mar
2025
23:50

Şahbuzda güclü yanğın olub - FOTO - VİDEO

09 mar, 2025
23:50
619

Şahbuzda güclü yanğın olub - FOTO - VİDEO

Şahbuz rayonunda güclü yağın olub.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə rayonun Badamlı kəndində baş verib.

Yanğın kənd sakini Hüseynov Asəf Həmid oğluna məxsus həyətyanı sahədə yerləşən tövlədə olub. İlkin məlumata görə, yanğın tövlənin çardağına yığılmış ot tayalarında başlayıb, daha sonra tövləyə keçib.

Hadisə yerinə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Şahbuz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın zamanı xəsarət alan olmayıb, tövlədə mal-qaraya ziyan dəyməyib.

Bizimlə əlaqə saxlayın