Xaçmazda yük avtomobili yanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
mar
2025
17:00

Xaçmazda yük avtomobili yanıb

09 mar, 2025
17:00
774

Xaçmazda yük avtomobili yanıb

Bu gün Xaçmaz şəhəri ərazisində yük avtomobili yanıb.

Sizinxeber.az-nın Şimal bürosu xəbər verir ki, hadisə Xaçmaz-Niyazoba avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində baş verib.

Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinə məxsus zibil daşıyan yük avtomobili qəfil alışıb. Nəqliyyat vasitəsinin kabinəsi tamamilə yanıb. Əraziyə Fövq əladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın məhdudlaşdırılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın