Ağcabədidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
mar
2025
18:00

Ağcabədidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb - FOTO

08 mar, 2025
18:00
496

Ağcabədidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb - FOTO

Ağcabədidə yol qəzası baş verib.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Tağıyev Səddam Allahverən oğlunun idarə etdiyi "VAZ" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın