Ağcabədidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
08 
mar
2025
17:50
0
0
1 063

Ağcabədidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb

08 mar, 2025
17:50
1 063

Ağcabədidə avtomobil hasara çırpılıb, sürücü xəsarət alıb

Ağcabədidə yol qəzası baş verib.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1993-cü il təvəllüdlü Tağıyev Səddam Allahverən oğlunun idarə etdiyi "VAZ" markalı minik maşını idarəetməni itirərək yol kənarındakı daş hasara çırpılıb. Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağcabədi rayon polis şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın