FHN Şamaxıda mehmanxanada təlim keçirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
mar
2025
10:30

FHN Şamaxıda mehmanxanada təlim keçirib

07 mar, 2025
10:30
553

FHN Şamaxıda mehmanxanada təlim keçirib

Şamaxı rayonunda yerləşən “Shamakhi Palace Sharadil”də “Mehmanxanaların yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Bildirilib ki, FHN-in Baş əməliyyat idarəsi və İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə keçirilən təlimə Dövlət Yanğından Mühafizə və Dövlət Yanğın Nəzarəti xidmətlərinin müvafiq canlı qüvvə və texnikaları cəlb edilib. 

Təlimin keçirilməsində məqsəd otelin işçi heyətinə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması olub.

Əvvəlcə, təlimin nəzəri hissəsi çərçivəsində FHN-in əməkdaşları tərəfindən otel kollektivinə yanğın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər, otellərdə baş verə bilən yanğınlar zamanı davranış qaydaları və təxliyə barədə ətraflı məlumat verilib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonra təlimin praktiki hissəsinə start verilib. Belə ki, şərti yanğın zamanı “Həyəcan” siqnalı verildikdən sonra FHN-in yanğınsöndürənləri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş mehmanxanada təxliyə planına uyğun olaraq, yanğınsöndürənlər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, “yanğın” qısa müddətdə söndürülüb.

Bizimlə əlaqə saxlayın