Gəncədə kommunal tipli yaşayış binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2 - VİDEO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
mar
2025
19:50

Gəncədə kommunal tipli yaşayış binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2 - VİDEO

06 mar, 2025
19:50
457

Gəncədə kommunal tipli yaşayış binasında yanğın söndürülüb - FOTO - YENİLƏNİB-2 - VİDEO

Fövqəladə Hallar Nazirliyi Gəncədə kommunal tipli yaşayış binasında yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Sizinxeber.az-ya verilən məlumata görə, Gəncə şəhəri ərazisində kommunal tipli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

***

18.38

Gəncədə kommunal tipli yaşayış binasında baş verən yanğının qarşısı alınıb.

Sizinxeber.az-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın söndürülüb.

***

17.37

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.

***

16.54

Gəncədə bir-birinə bitişik ikimərtəbəli evlərdə yanğın başlayıb.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Dərhal əraziyə FHN-nin yanğınsöndürən birqadası cəlb olunub.

Bizimlə əlaqə saxlayın