Gəncədə yaşayış binasındakı yanğın söndürülüb, bir nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
mar
2025
19:00

Gəncədə yaşayış binasındakı yanğın söndürülüb, bir nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

06 mar, 2025
19:00
610

Gəncədə yaşayış binasındakı yanğın söndürülüb, bir nəfər xəstəxanaya yerləşdirilib - YENİLƏNİB

Gəncə şəhərində ikimərtəbəli kommunal tipli yaşayış binasındakı yanğının qarşısı alınıb.

"Sizinxeber.az"un Qərb bürosunun məlumatına görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Yanğın nəticəsində 1 nəfər - 1974-cü il təvəllüdlü L.Muradova yanıq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya aparılıb.

Yanğının səbəbləri və digər məsələlər araşdırılır.

18:31

Gəncədə yaşayış binasındakı yanğının miqyası böyüyüb.

Bina sakinləri "Sizinxeber.az"un Qərb bürosuna bildirib ki, artıq 10-dan çox evdə yanğın qeydə alınıb. 

Hadisə yerinə əlavə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. 

Hazırda 12 yanğınsöndürən maşın və çox sayda canlı qüvvə yanğının söndürülməsi istiqamətində işləri davam etdirir. 

Əraziyə təcili yardım briqadaları da cəlb olunub. 

Yanğının səbəbləri araşdırılır.

Bizimlə əlaqə saxlayın