06
mar
2025
16:50

yuxarı
Sumqayıtda xəstəxana ərazisində ölü döl tapılıb - YENİLƏNİB

Sumqayıtda xəstəxana ərazisində ölü döl tapılıb - YENİLƏNİB
Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 13:30 radələrində həkimlər tərəfindən ölü döl aşkar edilib.
Bu barədə Sizinxeber.az-nın sorğusuna cavab olaraq TƏBIB-dən xəbər verilib.
Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Qeyd edilib ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.
Fəridə
***
15.26
Sumqayıtda ölü döl tapılıb.
Sizinxeber.az xəbər verir ki, ölü dölün Perinatal Mərkəzin və Uşaq xəstəxanasının yaxınlığında açıq sahədə aşkarlandığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.