Məhkum olunan şəxsə aid 21 kq narkotik aşkarlanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
mar
2025
10:30

Məhkum olunan şəxsə aid 21 kq narkotik aşkarlanıb

06 mar, 2025
10:30
590

Məhkum olunan şəxsə aid 21 kq narkotik aşkarlanıb

Məhkum olunan şəxsə aid 21 kq narkotik aşkarlanıb.

Bu barədə "Sizinxeber.az"a Penitensiar xidmətdən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində hazırda məhkum olan Ablasanov Seyran Tehran oğluna məxsus ümumi çəkisi 21 kiloqram 550 qram olan qurudulmuş marixuana Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində bağlar massivindəki yarımtikilidə aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın