Cəlilabadda heyvan oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
05 
mar
2025
10:00

Cəlilabadda heyvan oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb

05 mar, 2025
10:00
694

Cəlilabadda heyvan oğurluğunda şübhəli bilinən şəxslər saxlanılıb

Cəlilabad rayonu ərazisində müxtəlif vaxtlarda üç yaşayış evinin həyətindən ümumilikdə 20 baş qoyun oğurlayan şəxslər müəyyən olunub.

"Report"un Muğan bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş 37 yaşlı Elmir Səmədov və 34 yaşlı Elgün Tağıyev müəyyən olunaraq saxlanılıblar.

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın