Oğuz sakini Bakıda hamamda ölü tapılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
mar
2025
23:30

Oğuz sakini Bakıda hamamda ölü tapılıb

04 mar, 2025
23:30
761

Oğuz sakini Bakıda hamamda ölü tapılıb

Oğuz sakininin Bakıda meyiti aşkarlanıb.

"Sizinxeber.az"un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Padar kənd sakini, 1994-cü il təvəllüdlü Bəraət Tanrıverdi oğlu Babakişiyev Bakı şəhərində kirayə qaldığı evin hamamında huşsuz vəziyyətdə tapılıb.

Məlumata görə, bir müddətdir Bakı şəhərində işləyən 31 yaşlı B.Babakişiyev həmin mənzildə tək yaşayıb.

B.Babakişiyevin dəm qazından öldüyü ehtimal edilir.

Fakt araşdırılır.

Bizimlə əlaqə saxlayın