Vətən müharibəsi şəhidinin hər iki valideyni dəm qazından zəhərlənərək ölüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
mar
2025
04:00

Vətən müharibəsi şəhidinin hər iki valideyni dəm qazından zəhərlənərək ölüb

04 mar, 2025
04:00
815

Vətən müharibəsi şəhidinin hər iki valideyni dəm qazından zəhərlənərək ölüb

Bu gün axşam saatlarında Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Sizinxeber.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib. Ailədən verilən verdiyi məlumata görə, mərhumların dəfn mərasimi sabah Maştağada təşkil olunacaq.

Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-də Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. O, Vətən müharibəsində Xocavənd, Füzuli, Cəbrayıl və Şuşa döyüşlərində iştirak edib və 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. Ölümündən sonra Vahid Ağayev “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud olan qardaşı sağ qalıb.

Loğman Avaz

Bizimlə əlaqə saxlayın