Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub
sizinxeber.az xəbər saytı

Müğənni Dəniz Əsədova barəsində yenidən axtarış elan olunub


Müğənni Dəniz Əsədova barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə yenidən axtarış elan olunub.

"Report" xəbər verir ki, müğənni təqsirləndirilən şəxs olduğu cinayət işi üzrə bu gün saat 15:30-a təyin edilmiş məhkəmə iclasında iştirak etməyib və məhkəmədən yayınıb.

D.Əsədovanın məhkəmədən yayınmasına görə onun barəsində axtarış elan edilməsi ilə bağlı vəkil Asim Abbasovun vəsatəti təmin edilib, məhkəmənin qərarı ilə onun barəsində axtarış verilib.

Qeyd edək ki, bundan əvvəl də Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Dəniz Əsədova barəsində axtarış elan edilib.

Məlumata görə, D.Əsədova daha əvvəl də Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və vətəndaşlara böhtan atdığı üçün digər maddələrlə məhkum edilib.

Hazırda Binəqədi Rayon Məhkəməsinin icraatında Dəniz Əsədovanın təqsirləndirlən şəxs olduğu dörd ayrı-ayrı cinayət işi var.

Asim Abbasov
Asim Abbasov

Oxşar xəbərlər

Daha 3 nəfər müğənni Dəniz Əsədovanın xüsusi ittiham qaydasında cəzalanmasını tələb edir
Baş Prokurorluq: 140 milyon manatdan artıq vəsaiti ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Məhkəmə Rüfət Səfərovla bağlı qərar verib
İxracdan əldə olunan 140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Məhkəmədən tiktoker "Vaqa" ilə bağlı QƏRAR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər