Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı həbs müddəti uzadılıb
sizinxeber.az xəbər saytı

Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı həbs müddəti uzadılıb


Tbilisi Şəhər Məhkəməsi Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası ilə bağlı həbs müddətini mayın 3-dək uzadıb.

Sizinxeber.az-nın Tbilisi müxbiri xəbər verir ki, qərarı hakim Lela Maridaşvili qəbul edib.

İclasda dövlət ittihamçısı Əfqan Sadıqovun qaçması riskinin artdığını, bu səbəbdən onun barəsində seçilmiş ekstradisiya həbs müddətinin uzadılmasını istəyib.

Vəkil Əfqan Sadıqovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin 10 min lari girovla əvəz olunmasını xahiş edib, lakin onun vəsatəti qəbul edilməyib.

Qeyd edək ki, ötən il noyabrında Tbilisi Şəhər Məhkəməsi "Azel TV"nin təsisçisi və baş redaktoru Əfqan Sadıqovun Azərbaycana ekstradisiyası barədə qərar çıxarıb.

Xatırladaq ki, Əfqan Sadıqov ötən il avqustun 3-də Gürcüstanda həbs edilib.

Oxşar xəbərlər

Tbilisi məhkəməsi Əfqan Sadıqovun ekstradisiyasına qərar verib
Elnarə Qasımovanın həbs müddəti uzadılıb
Məhkəmə Saakaşvilini həbsdə saxlayıb
Bakıda saxlanılan keçmiş məhkəmə hakimi Rusiyaya ekstradisiya ediləcək
Ələsgər Məmmədli və Ruslan İzzətlinin həbs müddəti uzadılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər