Pirəkəşküldə bədbəxt hadisə baş verib, bir Hindistan vətəndaşı ölüb, digəri yaralanıb - YENİLƏNİB
Prokurorluq Abşeron rayonunda bir nəfərin ölümü, digər şəxsin xəsarət alması ilə nəticələnən hadisəni araşdırır.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonu Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırma işləri zamanı 2003-cü il təvəllüdlü Hindistan vətəndaşı Harı Prakashinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi, həmyerlisi 1982-ci il təvəllüdlü Thattaru Padikkalın isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
***
11.23
Abşeronda bədbəxt hadisə baş verib.
APA xəbər verir ki, hadisə rayonda yerləşən zavodlardan birində qeydə alınıb.
İlkin məlumata görə, bədbəxt hadisə nəticəsində orada fəhlə işləyən iki Hindistan vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. 2003-cü il təvəllüdlü Harı Prakash xəstəxanada ölüb.
Xəsarət alan digər Hindistan vətəndaşına tibbi yardım göstərilib və evə buraxılıb.
Fakt araşdırılır.
Oxşar xəbərlər
Abşeronda zavodda bədbəxt hadisə nəticəsində əcnəbi vətəndaşının ölməsi ilə bağlı araşdırma aparılır - YENİLƏNİB
Abşeronda bədbəxt hadisə baş verib, bir Pakistan vətəndaşı ölüb, digəri yaralanıb
Abşeronda Pakistan vətəndaşlarının üzərinə hasar aşıb, biri ölüb
Abşeronda zavodda Pakistan vətəndaşlarının üzərinə hava pəri aşıb, biri ölüb
Astara sakini bədbəxt hadisə nəticəsində ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













