

Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dekabrın 16-da saat 11 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisində 2 naməlum şəxs şirkətlərdən birinə məxsus “Chevrolet” markalı avtomobili dayandıraraq sürücünü aldatmaqla ona zor tətbiq edib avtomobildə olan 127298 manat pulu talayaraq qaçıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində pul vasaitini quldurluq yolu ilə talamaqda şübhəli bilinənlər — 38 yaşlı Ruhid Fərəcov və 36 yaşlı Samir Qasımov saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər avtomobildə pul olmasından məlumatlı olublar.
Sumqayıt Şəhər Polis İdarəsində fakta görə Cinayət Məcəlləsinin quldurluq maddəsi ilə cinayət işi başlanılıb. R.Fərəcov və S.Qasımov barəsində həbs qətimkan tədbiri seçilib.
İstintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
İllər öncə quldurluq edən şəxslər saxlanıldı
Cəbrayılda yük maşınını qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Şirvanda 15 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxs həbs edilib
Abşeronda evdən 130 min dollar oğurlamaqda şübhəli bilinən Çin vətəndaşları saxlanılıb
Bakıda dələduzluq əməlləri törətməkdə şübhəli bilinən sayt rəhbəri həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
