FHN: Ötən sutka 25 yanğına çıxış olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
04 
dek
2024
10:50

FHN: Ötən sutka 25 yanğına çıxış olub

04 dek, 2024
10:50
608

FHN: Ötən sutka 25 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyi əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3 nəfər xilas edilib, yanğın zamanı 23 nəfər bina sakini təxliyə edilib.

Bizimlə əlaqə saxlayın