30
okt
2024
12:50

yuxarı
Bakıda qəza olub, yolda sıxlıq yaranıb

Bakıda qəza olub, yolda sıxlıq yaranıb
Nəsimi rayonunda Mustafayev küçəsi, tunelin içərisində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Sizinxeber.az-ya Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Yol polisinə məlumat verilib və sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.