Mənimsəmədə ittiham olunan Peşə Təhsil Mərkəzinin sabiq direktoru özünü təqsirli bilmir
Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və baş mühasib işləmiş Aynaxanım Babayevanın növbəti məhkəmə prosesi davam etdirilib.
“Sizinxeber.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Mətləb Hüseynov ona qarşı verilən ittihamları qəbul etməyib:
“Rəhbərlik etdiyim təhsil müəssisəsinə təyin olunduqdan sonra Aynaxanım Babayevanın bir neçə ailə üzvü və qohumunu işdən çıxartdım. Yeganə gəlinini işdə saxladım. Bu səbəbdən baş mühasib müavinimlə birləşərək mənə qarşı kampaniyaya başladılar. İbtidai istintaq dövründə mühasibim Aynaxanımla üzləşən vaxtı da demişəm ki, mən bu cinayəti törətməmişəm, vəzifədən heç bir zaman sui-istifadə etməmişəm".
Qeyd edək ki, Peşə Təhsil Mərkəzində baş mühasib işləmiş, hazırda təqsirləndirilən şəxs statusunda olan Aynaxanım Babayeva özü dövlətə dəymiş ziyanı tam olaraq ödəyib.
Məhkəmə prosesində dindirilən şahidlərin hamısı ibtidai istintaq dövründə Aynaxanım Babayeva tərəfindən Mətləb Hüseynova qarşı yönəldildiklərini və Asif Bayramov tərəfindən təzyiqə məruz qaldıqlarını etiraf ediblər.
Proses noyabr 7-də davam etdiriləcək.
Qeyd edək ki, cinayət işində zərərçəkmiş qismində Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tanınıb.
Hər iki şəxsə qarşı Cinayət Məcəllsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, təqsirləndirilən şəxslər barəsində ibtidai istintaq müddətində "başqa yerə getməmək qətimkan tədbiri" seçilib.
İbtidai istintaqla müəyyən edilib ki, Mətləb Hüseynov Aynaxanım Babayeva ilə əlbir olaraq işçilərin bank hesabına əlavə pulllar köçürüb, sonradan həmin 175 min 365 manatı nağdlaşdıraraq mənimsəyiblər.
Onlar barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılıb.
Oxşar xəbərlər
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb
MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə prosesi keçirilib
Gəncədə xəstəxananın mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır
Respublika Narkoloji Mərkəzinin rüşvətə görə həbs edilən direktoru və müavininin məhkəməsində ittiham elan olunub
Ceyhun Kərəmov: Şuşa Dövlət Peşə Təhsil Mərkəzində 3 yeni ixtisas tədris olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












