Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin məhkəməsi başlayıb
sizinxeber.az xəbər saytı

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin məhkəməsi başlayıb


“Respublika Perinatal Mərkəzi” PHŞ-də baş vermiş yanğınla bağlı məhkəmənin hazırlıq iclası keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə öncə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Xatırladaq ki, ötən prosesdə təqsirləndirilən Mehriban Abasquliyeva iki vəkilindən heç biri iştirak etmədiyi üçün məhkəmə prosesinin təxirə salınması üçün məhkəməyə müraciət edib. Təqsirləndiriən şəxsin hüquqlarının tapdalanmaması üçün məhkəmə prosesi təxirə salınmışdı.

Daha sonra tərəflərin vəsatətləri dinlənilib.

Zərərçəkən tərəfin vəkili Adəm Məmmədov sənədlərlə, iş matrialları ilə tanış olmaq üçün vaxt istəyib: “Bu, son dərəcə ağır işdir. Mən 4 oktyabrda müqavilə bağlamışam. İşlə tanış olmamışam. Materiallar olduqca çoxdur. Məhkəmədən işlə tanış olmağım üçün vaxt istəyirəm”.

Dövlət ittihamçısı Orxan Səmədov bu vəsastətin qəbul olunmaması üçün məhkəməyə müraciət edib.

Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin etməyib.

Zərəçəkən şəxsin hüquqi varisi Lalə Ramazanovanın nümayəndəsi Adəm Məmmədovun növbəti vəsatəti aparılan işin ibtidai istintaqa geri qaytarılması ilə bağlı olub. Bu vəsatətlə bağlı Adəm Məmmədovla müdafiə tərəfin vəkilləri də həmfikir olub.

Prokuror bu vəsastətin baxılmamış sayılmasını istəyib.

Eyni zamanda, müdafiəçi Muxtar Mustafayev də eyni vəsatətlə çıxış edib.

O, bildirib ki, zərərçəkən tərəflə razıdır: “Cinayət işinə xitam verilməlidir. İş ibtidai istintaqa geri qaytarılmalıdır. Yenidən araşdırılmalıdır”.

Müdafiə tərəfin vəkil vəsatətlə çıxış edib. O, vəsastətində zərərçəkən şəxs kimi tanınların işinə xitam verilməsini istəyib: cinayət işində zərərçəkən şəxs kimi tanın Aynurə Əhmədova, Elçin Nəcəfov, Vaqif Hacıyev, Gülbahar Zülfüqarovanın yüngül xəsarət aldıqları qeyd olunub. Bu hal nəinki cinayət, heç inzibati məsuliyyət daşımır. Onlar zərərçəkən kimi tanınmasın. Bu işə xitam verilsin”.

Bu vəsatətlə zərərçəkənlər belə razılaşıb. 2 zərərçəkən şəxs bu işdə zərərçəkən şəxs kimi tanınmaqdan imtina edib, 2 şəxs isə qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Prokuror məhkəmədən bu vəsatətin təmin olunmamasını istəyib.

Təqsirləndirilən Elnur Əhmədlinin vəkili Fərid Həsənov vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin imzası saxtalaşdırılıb: Müdafiə etdiyim şəxs təqsirləndirilən şəxs kimi ifadə üçün yanvarda bir dəfə çağırılıb. Ondan sonra may ayında mənimlə gedib. Orada onun imzası saxtalaşdırılıb. Bu, açıq-aydındır. O, ifadəsində bir cümlə kimi “özümü təqsirli bilirəm” deyib. Bu cümlə ayrıca sənəd kimi imzalı təqdim olunub. O sənəd sübutlar siyahısından çıxarılsın”.

Dövlət ittihamçısı məhkəmədən vəsatətin baxılmamış sayılmasını istəyib.

Təqsirləndirilən Mehariban Abasquliyevanın nümayəndəsi Çingiz Bəşirov məhkəmədən Mehriban Abasquliyeva barəsində çıxarılan qərarın dəyişdirilməsini istəyib.

Prokuror Orxan Səmədov bu vəsatətin təmin olunmamasını istəyib.

Daha sonra, məhkəmə müşavirə edib. Müşavirədə tələb edilən vəsastətlərin qəbul olunmaması ilə bağlı qərar qəbul edilib.

Məhkəmə prosesi oktyabrın 21-də davam etdiriləcək.

Qeyd edək ki, bu il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda, istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Oxşar xəbərlər

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin məhkəməsi təxirə düşüb
"Respublika Perinatal Mərkəz"də baş verən yanğınla bağlı məhkəmə başlayıb
Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ”nin sabiq baş direktorunun məhkəməsi başlayıb
Sumqayıtda ata və anasını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
Bakıda həkim arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər