Bakı-Qazax magistralında “Mercedes” yolda dayanan yük avtomobili ilə toqquşub, ölən var
sizinxeber.az xəbər saytı

Bakı-Qazax magistralında “Mercedes” yolda dayanan yük avtomobili ilə toqquşub, ölən var


Bakı-Qazax avtomobil yolunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qəza olub, bir nəfər ölüb.

Bu barədə "Report"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, bu gün saat 01 radələrində sözügedən ərazidə Mingəçevir şəhər sakini Rəsul Novruzovun idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan yük avtomobili ilə toqquşub. Qeyd edilib ki, ilkin ehtimalla sükan arxasında yuxulayan 22 yaşlı R.Novruzov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

BDYPİ sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırıb.

Oxşar xəbərlər

BDYPİ-dən müraciət: Uzaq məsafə qət edən sürücülər istirahət etməlidir
DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yayıb
DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yaydı, xəbərdarlıq etdi - VİDEO
DYP nənə və nəvənin öldüyü qəza ilə bağlı məlumat yayıb: Sürücü yuxuladığı üçün avtomobil ağaca çırpılıb - VİDEO
DYP Ələtdə yük maşını ilə mikroavtobusun toqquşduğu qəza barədə məlumat yayıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle