Xırdalanda pilləkənin çökdüyü yaşayış binasında təmir işləri aparılacaq
sizinxeber.az xəbər saytı

Xırdalanda pilləkənin çökdüyü yaşayış binasında təmir işləri aparılacaq


Xırdalan şəhərində pilləkənin çökdüyü yaşayış binasında təmir-bərpa işləri aparılacaq.

“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Abşeron Rayon İcra Hakimiyyəti və Xırdalan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, müvafiq rəy hazırlandıqdan sonra binada təmir-bərpa işləri görülcək:

“1991-ci ildə sakinlərin istifadəsinə verilən Xırdalan şəhəri, 26-cı məhəllə, 1-ci binanın 1-ci blokunun giriş hissəsində - pilləkən qəfəsində çökmə baş verib.

Dərhal Abşeron Rayon İcra Hakimiyyəti və müvafiq qurumlarının əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və sakinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti keçid sifariş verilib, Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyatı qurumlarına məlumat verilib.

Çökmə zamanı xəsarət alan olmayıb. Hal-hazırda nazirliyin əməkdaşları ərazini yerində araşdırır və müvafiq rəy təqdim edildikdən sonra təmir-bərpa işlərinə başlanılacaq”.

Xatırladaq ki, bu gün Xırdalan şəhərində yaşayış binasının giriş hissəsində pilləkən çöküb.

Oxşar xəbərlər

Cəlilabadda 6 su anbarında təmir-bərpa işləri aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalan və Masazırda qaz olmayacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parkın işıqlandırılması sayğacına qoşulan sakinə dəyən ziyan ödəniləcək - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabah Bakının bəzi ərazilərində və Xırdalanda qaz kəsiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda 5 mərtəbəli binada yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər