09
iy
2026
20:50
yuxarı
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO
Katex çayında köməksiz vəziyyətdə qalan 5 nəfər xilas edilib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Zaqatala rayonu, Yuxarı Tala kəndi yaxınlığında vətəndaşların Katex çayına sel gəlməsi səbəbindən çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən Sizinxeber.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 5 vətəndaş xilas edilib.
Bizimlə əlaqə saxlayın
×
×
